DataLife Engine > Manşet / Siyasət > "Çernobıl"ın yayımından sonra bu dərmana tələbat artdı

"Çernobıl"ın yayımından sonra bu dərmana tələbat artdı


19-06-2019, 08:16. : Admin "Çernobıl"ın yayımından sonra bu dərmana tələbat artdı
NBO şirkətinin çəkdiyi “Çernobıl” serialı Norveçdə yod tabletkalarının satışının ikiqat artmasına səbəb olub.

Bu barədə Norveç Əczaçılıq Birliyi məlumat yayıb. “Çenobıl” serialının yayımlanmasından sonra son 5 həftə ərzində “Yodiks" preparatlarına tələbatın çoxaldığı qeyd edilib.

Norveç Nüvə Təhlükəsizliyi və Radiasiyadan Qorunma İdarəsinin əməkdaşı Astrid Liland “Yodiks” preparatına tələbatın artmasını müsbət qiymətləndirib:

“Serial bizə işlərin tərs gedə biləcəyini xatırladır. Bənzər qəzaların yaşanması ehtimalı aşağı olsa da, insanlar hazırlıqlı olmalıdır”.

Qeyd edək ki, 7 mayda izləyicilərə təqdim olunan ABŞ istehsalı “Çenobıl” serialı 1986-cı ildə Ukraynanın Çernobıl bölgəsində yerləşən AES-dəki partlayışdan bəhs edir.
dle 10.5