DataLife Engine > Manşet / Hadisə > Rusiyada dəhşətli faciə: Putin təcili Kremlə qayıtdı

Rusiyada dəhşətli faciə: Putin təcili Kremlə qayıtdı


3-07-2019, 07:50. : Admin Rusiyada dəhşətli faciə: Putin təcili Kremlə qayıtdı
Rusiyada tədqiqat üçün nəzərdə tutulan sualtı qayıqda baş verən yanğın zamanı 14 dənizçi həlak olub.

Bu barədə Rusiyanın Müdafiə Nazirliyi informasiya yayıb.

Hadisə iyulun 1-də baş verib.

Faktla bağlı araşdırma aparılır.

Severomorskda elmi-araşdırma aparan sualtı qayıqda 14 nəfərin ölümü ilə nəticələnən yanğın səbəbindən Rusiya Prezidenti Vladimir Putin Tverə səfərini təxirə salaraq, təcili Kremlə qayıdıb.

Kremldə Müdafiə naziri Sergey Şoyqu ilə görüşən Putin ondan hadisə ilə bağlı hesabat verməsini istəyib.

“Yanğında ölənlər arasında 7 nəfər 1-ci dərəcəli kapitan və 2 Rusiya Qəhrəmanı var. Heyət üzvləri həddən artıq peşəkarlardan ibarət idi. Bu, çox böyük itkidir. Sizdən xahiş edirəm, Severomorska gedin və baş vermiş hadisə ilə bağlı hesabat verin”, - Putin Kremldə bildirib.
dle 10.5