DataLife Engine > Manşet / Siyasət > Konqres Rusiyaya ağır zərbəyə hazırlaşır

Konqres Rusiyaya ağır zərbəyə hazırlaşır


12-07-2019, 10:50. : Admin Konqres Rusiyaya ağır zərbəyə hazırlaşır
ABŞ Konqresinin Nümayəndələr Palatası 2020-ci maliyyə ili çərçivəsində Rusiyanın suveren borcuna qarşı sanksiya tətbiqini nəzərdə tutan müdafiə büdcəsi layihəsinə düzəlişi təsdiqləyib.

Layihənin qəbulunun əsas təşəbbüskarları Demokratlar Partiyasından olan konqresmenlər Bredli Şerman və Maksin Uoters olub.

Bununla belə, düzəlişin əlavə edildiyi müdafiə büdcəsi hələlik təsdiq edilməyib. Sənəd Konqresin aşağı və yuxarı palatalarında dəstəklənərsə, təsdiqlənməsi üçün ABŞ Prezidenti Donald Trampa göndəriləcəyi vurğulanıb.
dle 10.5