DataLife Engine > Manşet / Siyasət > Qaxariyadan şok: Zor tətbiqinə mən izn vermişəm

Qaxariyadan şok: Zor tətbiqinə mən izn vermişəm


12-07-2019, 10:56. : Admin Qaxariyadan şok: Zor tətbiqinə mən izn vermişəm
Gürcüstan Daxili İşlər naziri Georgi Qaxariya parlament qarşısında 21 iyunda baş tutan aksiyanın dağıdılması əmrini verdiyini etiraf edib.

Bunu Qaxariya “Pirveli” televiziyasına açıqlamasında deyib.

“Mən polis qüvvələrinə əmr vermişəm ki, xüsusi vasitələrdən istifadə etsinlər. Polisin əsas öhdəliyi dövlət institutlarının, qanuni nizamın qorunması və vətəndaşın təhlükəsizliyinin təminindən ibarətdir. Rezin güllələr öldürücü silahlar deyillər, onlara qanunla izn verilib”, – deyə o bildirib.

Qeyd edək ki, rusiyalı deputat Sergey Qavrilovla bağlı insidentdən sonra Gürcüstan parlamenti qarşısında genişmiqyaslı etiraz aksiyası baş tutmuşdu. Etirazçılara qarşı güc tətbiq olundu, yüzlərlə insan yaralandı və həbs edildi.

Bunun ardınca artıq 23 gündür ki, təşkil edilən mitinqlərdə etirazçılar Qaxariyanın istefasını tələb edirlər.
dle 10.5