DataLife Engine > Manşet / Hadisə > Təyyarə hava boşluğuna düşdü: Sərnişinlər ölümdən döndü

Təyyarə hava boşluğuna düşdü: Sərnişinlər ölümdən döndü


12-07-2019, 10:58. : Admin Təyyarə hava boşluğuna düşdü: Sərnişinlər ölümdən döndü
“Air Kanada” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin hava boşluğuna düşməsi nəticəsində 35 nəfər xəsarət alıb.

Bu barədə CBS məlumat yayıb. Belə ki, Toronto – Sidney marşrutu ilə uçan “Boinq 777-200” təyyarəsi Vankuverdə yanacaqla təmin olunduqdan sonra yenidən havaya qalxıb.

Məhz bundan sonra hava gəmisi boşluğa düşüb və təcili olaraq Honolulu (Havay, ABŞ) aeroportuna eniş edib.

Göyərtdə 15 ekipaj üzvü də daxil olmaqla, 269 sərnişin olub.

Yaralılara tibbi xidmət göstərilib.

Oteldə yerləşdirilən sərnişinlər yaxın günlərdə Avstraliyaya yola salınacaq.
dle 10.5