DataLife Engine > Manşet / Siyasət > Türkiyədən Şərqi Aralıq xəbərinə reaksiya: Əsassızdır!

Türkiyədən Şərqi Aralıq xəbərinə reaksiya: Əsassızdır!


12-07-2019, 11:13. : Admin Türkiyədən Şərqi Aralıq xəbərinə reaksiya: Əsassızdır!
Şərqi Aralıq dənizində beynəlxalq hüquq çərçivəsində hüquq və maraqlarımızı qorumaq məsələsində qətiyyətimiz tamdır.

Bu açıqlama ilə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy çıxış edib.

"Əsassız iddialar heç bir şəkildə həqiqəti əks etdirmir. Ölkədən kənarda olan sərhədlərimizə dair möveyimiz 2004-cü ildən bu yana uyğun yollarla BMT-də qeydiyyatdan keçirilir. Mövqeyimizdə hər hansı dəyişiklik yoxdur", - Aksoy vurğulayıb.

Qeyd edək ki, bəzi mətbuat orqanlarında Türkiyənin 18 mart 2019-cu ildə BMT-yə ünvanladığı məktubla bəzi adaların suverenliyini itirdiyi barədə məlumat yayılıb.
dle 10.5