DataLife Engine > Manşet / Siyasət > Rusiya Türkiyəni tələyə saldı? - Sensasion şərh

Rusiya Türkiyəni tələyə saldı? - Sensasion şərh


14-07-2019, 19:17. : Admin Rusiya Türkiyəni tələyə saldı? - Sensasion şərh
S-400-lərin Türkiyəyə gəlişi Türkiyəni zəiflədib, Ərdoğanın şəxsini beynəlxalq arenada gücləndirmişdir.

Bu sözləri beynəlxalq hüquq üzrə professor, politoloq Fərhad Mehdiyev ötən gündən başlayaraq Rusiyanın S-400-lərin hissələrini Türkiyəyə tədarük etməsini şərh edərkən deyib. O bildirib ki, S-400-lər Türkiyə üçün “tələdə pendir”dən başqa bir şey deyildi:

“Bu kontrakt ilə Rusiya Türkiyəni özünə bağlı hala gətirdi. Rusiyanın hesablaması çox dəqiq idi - raketləri alan Ərdoğanın Qərb ilə arası daha da pozulacaq, belə halda Ərdoğan mövqelərini gücləndirmək üçün məcburi olaraq arxasını Rusiyaya dayamağa və ondan daha geniş dəstək almağa məcbur olacaq”.

Politoloq iddia edib ki, digər məsələ Türkiyənin əsas təhlükəsinin Şərqdən – İran və Suriyadan – gəlməsidir:

“Hər ikisinin Rusiyanın müttəfiqi olmasına görə bu raketlərin kimə qarşı istifadə olunacağı sual altındadır”.

Politoloq “arxasını Rusiyaya dayayan” dövlətlərin halının da yaxşı olmadığını qeyd edib:

“İqtisadiyyat, həyat şərtləri, insan hüquqları və demokratiya bərbad... Eyni tale bu səfər Türkiyəni gözləyir. Tam Duqin və Rusiyanın istədiyi kimi... Diqqət eləsəniz, uyğur türklərinin Çində kamplara toplanmasına etiraz edən dövlətlər arasında Türkiyə yox idi. Artıq Türkiyə də beynəlxalq arenada Çin və Rusiyanın yanındadır”.

F.Mehdiyevin fikrincə, Rusiya və Ərdoğanın bu məsələdə əsas rəqibi Türkiyənin azadlıqsevər xalqıdır ki, onlar da Ərdoğanın dəyişməsi üçün çalışacaq. Rusiya isə daxildə də nəzarəti əldə saxlamaq üçün Ərdoğana kömək edəcəkdir - 15 iyun qiyamında olduğu kimi.

Politoloq həm də o fikirdədir ki, Türkiyə Rusiyadan "tarixdə heç vaxt olmadığı qədər" asılı vəziyyətə düşüb.






dle 10.5