DataLife Engine > Manşet / Hadisə > 30 hərbçi dağıntı altında qaldı

30 hərbçi dağıntı altında qaldı


14-07-2019, 19:23. : Admin 30 hərbçi dağıntı altında qaldı
Hindistanın Himaçal Pradeş ştatında üçmərtəbəli binanın uçması nəticəsində 30 hərbçi dağıntı altında qalıb.

Hadisə Solan şəhərində yerli vaxtla 15:50-də baş verib. Hadisə baş verəndə binadakı banket zalında hərbçilərin ziyafəti davam edirmiş. Dağıntı altından 4 nəfər sağ çıxarılıb. Hazırda dağıntı altında qalanların axtarış-xilasetmə işləri davam etdirilir.

İlkin ehtimala əsasən, binanın uçmasına səbəb son günlər bölgədə müşahidə olunan şiddətli yağışlardır.
dle 10.5