DataLife Engine > Manşet / İqtisadiyyat > "Huavey" ixtisarlara başlayır: yüzlərlə insan işsiz qalacaq

"Huavey" ixtisarlara başlayır: yüzlərlə insan işsiz qalacaq


14-07-2019, 19:52. : Admin "Huavey" ixtisarlara başlayır: yüzlərlə insan işsiz qalacaq
Çinin “Huavey” korporasiyası ABŞ bölməsindəki əməkdaşlarının kütləvi ixtisarına başlayıb.

İxtisarlar şirkətin Vaşinqton, Kaliforniya və Texas ştatlarındakı əməkdaşlarına şamil ediləcək.

İddia edilir ki, yüzlərlə əməkdaş işdən çıxarılacaq.

Xatırladaq ki, mayın 17-də “Huavey” milli təhlükəsizliklə əlaqədar ABŞ-da qara siyahıya salınıb.

Osakada keçirilən G20 sammitindən sonra şirkətə qarşı sanksiyaların tədricən aradan qaldırılması məsələsi gündəmə gəlib.
dle 10.5