DataLife Engine > Manşet / Hadisə > İsveçdə dəhşətli təyyarə qəzası: 9 nəfər öldü

İsveçdə dəhşətli təyyarə qəzası: 9 nəfər öldü


14-07-2019, 19:54. : Admin İsveçdə dəhşətli təyyarə qəzası: 9 nəfər öldü
İsveçin şimalında birmotorlu təyyarənin qəzaya uğraması nəticəsində 9 nəfər ölüb.

Bu barədə regional administrasiya məlumat yayıb.

Belə ki, “GippsAero” şirkətinə məxsus GA8 modelli təyyarə Vesterbotten regionunun Umeo şəhəri yaxınlığında yerə çırpılıb.

Göyərtədə paraşütçülər olub.

Qəzanın səbəbləri bəlli deyil.
dle 10.5