DataLife Engine > Manşet / Siyasət > Etirazlar Kremli dalana dirəyib: Putin seçim qarşısında - Video

Etirazlar Kremli dalana dirəyib: Putin seçim qarşısında - Video


16-08-2019, 07:26. : Admin Etirazlar Kremli dalana dirəyib: Putin seçim qarşısında - Video
Moskvada etirazçılar Kremli dalana dirəyib.

Bu iddia ilə “Tayms” qəzetində məqalə dərc edilib.

Məqalədə hazırda Rusiya Prezidenti Vladimir Putinin Moskvadakı etirazların digər şəhərlərə də yayılacağından qorxduğunu bildirilib:

“O, dilemma qarşısındadır. Ya repressiya tətbiq edərək, dəstəyi artan etirazçıları sıxışdırmalı, ya da güzəştlər edilməlidir”.

“Tayms” etirazçılara güc tətbiqinin hökumət üçün riskli olduğunu yazıb:

“Çünki bu yay baş tutan aksiyalar göstərdi ki, güc tətbiqi yalnız etirazçıların güclənməsinə xidmət edir. Ona görə də Rusiya prezidentinə yalnız etirazların 2012-ci ildə olduğu kimi sakitləşərək dağılmasına ümid etməkdən başqa heç nə qalmır. Lakin hazırkı iqtisadi problemlər və əmək haqlarında azalma olduğu dönəmdə bunun reallaşması inandırıcı görünmür. Əgər Putin etirazçıların öhdəsindən gəlməsə, onun itirəcəyi çox şey olacaq”.
dle 10.5