DataLife Engine > Manşet / Siyasət > İsrail Trampı eşitdi: müsəlman qadınlarla bağlı - Qərar

İsrail Trampı eşitdi: müsəlman qadınlarla bağlı - Qərar


16-08-2019, 07:28. : Admin İsrail Trampı eşitdi: müsəlman qadınlarla bağlı - Qərar
ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasının iki müsəlman qadın üzvü – İlhan Omar və Raşida Tlaibin İsrailə girişinin qadağan olunması ilə bağlı Tvitter səhifəsində paylaşım edib.

Ağ Ev rəhbəri sözügedən iki qadın siyasətçinin İsrailə nifrət etdiyini qeyd edib.

“İsrail Omar və Tlaibin səfərinə icazə verərsə, böyük zəiflik nümayiş etdirər. Onlar İsrailə və yəhudi xalqına nifrət edir. Onların mövqelərini dəyişdirmək üçün ediləcək heç nə yoxdur. Minnesota və Miçiqan ştatları bu qadınların yenidən Konqresə seçilməsində tərəddüd edəcək. Onlar üz qarasıdır”, - deyə dövlət başçısı qeyd edib.

***

İsrail Xarici İşlər naziri Tzipi Hotoveli Şərqi Qüdsə və İordan çayının qərb sahilinə səfər etmək istəyən 2 qadın konqresmenə qadağa qoyulduğu barədə məlumat verib.
dle 10.5