DataLife Engine > Manşet / Siyasət > Husilər neft mədənlərini vurdu - BƏƏ-yə xəbərdarlıq

Husilər neft mədənlərini vurdu - BƏƏ-yə xəbərdarlıq


18-08-2019, 07:52. : Admin Husilər neft mədənlərini vurdu - BƏƏ-yə xəbərdarlıq
Husilər 10 pilotsuz uçan aparat vasitəsilə Səudiyyə Ərəbistanının “Saudi Aramko” şirkətinə məxsus “Şeyba” neft yatağına hücum ediblər.

Bu məlumatı “Röyter” agentliyi yayıb.

Husilər yaydıqları bəyanatda Səudiyyə Ərəbistanının BƏƏ ilə sərhəddəki zavodları və neft mədənlərini hədəfə aldıqlarını bildiriblər.

“Saudi Aramko” şirkəti və Ər-Riyad husilərin bəyanatıyla bağlı heç bir şərh verməyib.

***

“Şeyba” neft yatağının vurulması Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ciddi xəbərdarlıq olmalıdır.

Bu sözləri husilərin lideri Əbdülməlik əl-Husi deyib.

“Bundan dərs çıxarılmalıdır və BƏƏ-yə ciddi bir siqnaldır”, - deyə Husi bildirib.

Qruplaşma lideri əməliyyatların dayandırılmayacağı təqdirdə hərbi potensiallarını artıracaqlarını bəyan edib.
dle 10.5