DataLife Engine > Manşet / Siyasət > Asfaltı mavi rəngə boyadılar - Maraqlı təcrübə

Asfaltı mavi rəngə boyadılar - Maraqlı təcrübə


18-08-2019, 07:54. : Admin Asfaltı mavi rəngə boyadılar - Maraqlı təcrübə
Qətər hökuməti qara asfalt örtüyünün əks etdirdiyi yüksək temperaturun qarşısını almaq üçün qeyri-adi sınağa əl atıb.

Hökumət yapon şirkəti ilə əməkdaşlıq edərək Doha küçələrinin asfaltını mavi rəngə boyamağa başlayıb.

Əgər bu eksperiment baş tutsa, asfaltın temperaturunun 15-20 dərəcə aşağı düşəcəyi gözlənilir.

"Qara asfltın temperaturu faktiki göstəricidən 20 dərəcə artıqdır. Çünki qara rəng işıq şüalarını udur", - deyə layihənin mühəndisi Səad əl-Doseri qeyd edib.

Eksperiment Abdullah bin Casim küçəsindən başlayıb. Bu ərazidə heç bir yaşıllıq yoxdur, temperatur isə adətən 50 dərəcədən yüksək olur.
dle 10.5