DataLife Engine > Manşet / Siyasət > İsrailə 3 raket atıldı

İsrailə 3 raket atıldı


18-08-2019, 08:04. : Admin
İsrailə 3 raket atıldı
Qəzza sektorundan raket hücumu təhlükəsi səbəbindən İsrailin cənubunda həyəcan siqnalı işə düşüb.

Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“Sderote şəhərində, İbim yaşayış məntəqəsində, Qevim və Nir-Am kibuçunda, həmçinin Sapir kollecində həyəcan siqnalı verilib. Əhaliyə xəbərdarlıq edilib”, - deyə bildirilib.

Qeyd edək ki, dünən İsrail ordusu Qəzzadan buraxılan raketi məhv etmişdi.

Qəzza zolağından İsrail ərazisinə üç raket atılıb.

Bu barədə İsrail Hərbi Hava Qüvvələrinin məlumatında deyilib.

Raketlərdən ikisi “Dəmir Qübbə” sistemi ilə zərərsizləşdirilib.
dle 10.5