DataLife Engine > Manşet / Siyasət > Rusiyanın Belarusu “anneksiya” edəcəyi tarix açıqlandı

Rusiyanın Belarusu “anneksiya” edəcəyi tarix açıqlandı


16-09-2019, 14:40. : Admin Rusiyanın Belarusu “anneksiya” edəcəyi tarix açıqlandı
2022-ci ildə Rusiya və Belarus konfederativ dövlət yarada bilərlər.

Bu məlumatı “Kommersant” qəzeti yayıb. Məqalədə bunun üçün ilkin addımların 2021-ci ildə atılacağı bildirilib. Belə ki, əvvəlcə iki ölkə arasında vahid vergi və mülki məcəllələr, xarici ticarət rejimlərinin yaradılacağı açıqlanıb. Rusiya və Belarusun həmçinin birləşmiş bank nəzarəti sistemi, neft, qaz və elektrik enerjisi bazarlarının vahid tənzimləyicisini yaradacaqları vurğulanıb.

Qeyd edək ki, bundan öncə Belarus İttifaq Dövlətinin yaradılması haqqında razılaşmanın reallaşdırılması haqqında fəaliyyət proqramının layihəsini hazırlamışdı.
dle 10.5