DataLife Engine > Manşet / Siyasət > Putini gizli “Siyasi Büro” idarə edir? - Çemezov

Putini gizli “Siyasi Büro” idarə edir? - Çemezov


16-09-2019, 14:41. : Admin Putini gizli “Siyasi Büro” idarə edir? - Çemezov
Vladimir Putinin ətrafında “Siyasi Büro 2.0” adlandırılan qeyri-rəsmi struktur yoxdur.

Bunu RBK-ya müsahibəsində “Rostex”in rəhbəri Sergey Çemezov deyib.

“Belə təqdim edirlər ki, biz guya bir yerə toplaşıb, nəyisə müzakirə edirik. Mən bu insanların çoxusunu tanıyıram, amma onların heç biriylə xüsusi iclas keçirmirik. Bu cür iddialar məndə gülüş yaradır. Putin mənimlə yalnız “Rostex” və silah ticarətiylə əlaqədar məsələlərdə müzakirə aparır”, – deyə o bildirib.

Qeyd edək ki, Rusiyada “Siyasi Büro 2.0” anlayışını “Minçenko konsaltinq” şirkətinin politoloqları səsləndirirlər. Onların iddiasına görə, bu, qeyri-rəsmi strukturdur və onun üzvləri dövlətin ən vacib qərarlarını qəbul edirlər.

Şirkət Çemezovun da bu qrupa üzv olduğunu iddia edir.
dle 10.5