DataLife Engine > Manşet / Siyasət > Lukaşenko rus neftinə alternativ axtarır

Lukaşenko rus neftinə alternativ axtarır


20-01-2017, 19:09. : Admin Lukaşenko rus neftinə alternativ axtarır
Rusiya neftinin Belarusa tədarükünün azaldılması alternativ variantların köməyi ilə kompensasiya edilməlidir.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Baş nazirin müavini Vladimir Semaşko ilə görüşü zamanı söyləyib.

Lukaşenko xüsusilə, Qara və Aralıq dənizindən Belarusun neft emalı zavodlarına qara qızılın tədarükünün vacib olduğunu bildirib.

Qeyd edək ki, bundan öncə Rusiya hökuməti Belarusa neft tədarükünü azaldıb. Neft tədarükü 12%-ə qədər aşağı endirilib.
dle 10.5