DataLife Engine > Manşet / Siyasət > Ərdoğan Bəhreyndən səsləndi: “Növbəti hədəf...”

Ərdoğan Bəhreyndən səsləndi: “Növbəti hədəf...”


13-02-2017, 16:39. : Admin Ərdoğan Bəhreyndən səsləndi: “Növbəti hədəf...”
“Fərat qalxanı” əməliyyatı ilə İŞİD və PYD-nin bir hissəsini sərhədlərimizdən uzaqlaşdırdıq.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bəhreyndə çıxışı zamanı deyib.

“Hazırda Əl Babı İŞİD-dən təmizləmək üçün çalışırıq. Sonra şərqə yönələrək, Menbiç və Rakkanı İŞİD-dən təmizləsək, buranı təhlükəsiz bölgə elan edib, ərəb və türkman qardaşlarımızı buraya yerləşdirəcəyik. Düzdür, şəhid verdik, amma bu vaxta qədər İŞİD-in 3 min üzvünü məhv etmişik. İŞİD-in islamla yaxından-uzaqdan əlaqəsi yoxdur. İŞİD bir terror təşkilatıdır. Bu insanlar müsəlman deyillər!”, - Ərdoğan bildirib.
dle 10.5