DataLife Engine > Manşet / Gündəm > Prezident Ziya Məmmədovu vəzifədən çıxartdı

Prezident Ziya Məmmədovu vəzifədən çıxartdı


13-02-2017, 17:28. : Admin Prezident Ziya Məmmədovu vəzifədən çıxartdı
Prezident İlham Əliyev Ramin Quluzadənin Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda qeyd edilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilsin".

Xatırladaq ki, bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb. Ramin Namiq oğlu Quluzadə bu sərəncama kimi Rabitə və Yüksək Texnologiyalar naziri idi.
dle 10.5