DataLife Engine > Manşet / Siyasət > Ermənistandakı rus hərbçilərinə həyəcan siqnalı verildi

Ermənistandakı rus hərbçilərinə həyəcan siqnalı verildi


1-03-2017, 19:30. : Admin Ermənistandakı rus hərbçilərinə həyəcan siqnalı verildi
Rusiyanın Cənub Hərbi Dairəsinin Ermənistandakı hərbi birləşmələri həyəcan siqnalı ilə “Kamxud” və “Ələqyaz” dağ poliqonlarında döyüş hazırlığı yoxlamasına çıxarılıb.

Motoatıcı, tank, kəşfiyyat, artilleriya və zenit bölmələri çətin taktiki şəraitdə aviasiya zərbələrini, qarla örtülmüş çətin keçilən, zəhərli maddələrin, daş uçqunlarının və şərti təxribat-kəşfiyyat qruplarının olduğu zonaların dəf edilməsi üzrə hazırlıqlarını artırıblar.

Hava Hücumundan Müdafiə bölmələri hava məkanını Rusiyanın Erebunidəki hərbi bazasına məxsus Buk M1-2, S-300 V kompleksləri, MiQ-29 qırıcı təyyarəsi, eləcə də Mi-8MT və Mi-24P tipli helikopterlərdən istifadə edərək qoruyub.

Qeyd edək ki, verilən açıqlamada təlimin ənənəvi xarakter daşıdığı da qeyd edilib.
dle 10.5