DataLife Engine > Manşet / Siyasət > Binəli Yıldırım təyyarədə qız istədi

Binəli Yıldırım təyyarədə qız istədi


10-03-2017, 18:20. : Admin Binəli Yıldırım təyyarədə qız istədi
Türkiyə Baş naziri Binəli Yıldırım Şimali Kipr Türk Respublikasına səfərindən qayıdarkən təyyarədə elçilik edib.

O, Yücəl Çaxmaq adlı gəncin sevdiyi qızın atasına zəng edərək, “Allahın əmri, Peyğəmbərin sünnəti ilə qızınızı oğlumuz Yücəl üçün istəyirik”, - deyib.

Gənc qızın atası da “Hörmətli baş nazirim, boyunumuz qıldan incədir. İnşallah! Mən oğlanı hələ görməmişəm. Qismət”, - deyə qarşılıq verib.

Yıldırım da “İnşallah, tezliklə gəlib əlinizi öpər. Xanım əfəndiyə, uşaqlara salam deyin. Allaha əmanət olun”, - deyərək sözlərini bitirib.

Yücəl baş nazirə təşəkkür edərək, əlini öpüb. Yıldırım gənclərin nikahı ilə maraqlanmaq məsələsində yanındakı işçilərə göstəriş verib.
dle 10.5