DataLife Engine > Manşet / Siyasət > Ərdoğanın Putinə bu sözlərini unutmaq olmaz - Şaqoşev

Ərdoğanın Putinə bu sözlərini unutmaq olmaz - Şaqoşev


12-03-2017, 10:45. : Admin Ərdoğanın Putinə bu sözlərini unutmaq olmaz - Şaqoşev
Ərdoğanın Rusiya lideri Vladimir Putinə “Dəyərli dostum” deməsini unutmamaq lazımdır.

Bu sözləri rusiyalı deputat Adalbi Şaqoşev deyib.

“Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın səfəri bunu göstərdi: Artıq əlaqələrimizin düzəlməsi məsələsi geridə qaldı. İndi münasibətlərimizin gələcəyini müzakirə edirik. Moskva və Ankara beynəlxalq terrorizmə qarşı mübarizəyə xüsusi önəm verir. Keçmişə yox, gələcəyə baxmaq lazımdır”, - deputat qeyd edib.

Xatırladaq ki, dünən Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüş keçirmişdi.
dle 10.5