DataLife Engine > Manşet / İqtisadiyyat > Dollara tələbat artdı

Dollara tələbat artdı


12-03-2017, 20:21. : Admin Dollara tələbat artdı
Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən bu ilin yanvar ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində əhaliyə 63,28 milyon ABŞ dollarının xalis satışı həyata keçirilib.

Mərkəzi Bankın hesabatına əsasən xəbər verilir ki, dekabr ayında xalis satış 20,36 milyon dollar təşkil edib. Aylıq müqayisədə xalis dollar satışı 3,1 dəfə artıb. Noyabr ayında isə əhaliyə xalis dollar satışının həcmi 49,54 milyon dollar olub.
Qeyd edək ki, 2016-cı ildə kommersiya banklarının əhaliyə xalis dollar satışı 445,44 milyon dollar olub.

Keçən ilin yanvarında isə bankların əhaliyə xalis dollar satışı 173 440,5 mln. dollar olub. Bununla da cari ilin yanvar ayında əhaliyə xalis dollar satışı illik müqayisədə 2,7 dəfə azalıb.

Report-un analitik qrupu qeyd edir ki, bankların nağd xarici valyutanın xalis satıcısı olmasına səbəb Azərbaycan manatının yanvar ayında ABŞ dolları ilə müqayisədə zəifləməsi ilə bağlıdır.
dle 10.5