DataLife Engine > Manşet / Siyasət > Türk nazir ölkəyə buraxılmasın - Danimarka

Türk nazir ölkəyə buraxılmasın - Danimarka


12-03-2017, 21:20. : Admin Türk nazir ölkəyə buraxılmasın - Danimarka
Türkiyə Baş naziri Binəli Yıldırımın referendum təşviqatı ilə bağlı Danimarkaya gəlişinin qarşısı alınmalıdır.

Bu sözləri Danimarkanın Xalq Partiyasının sədr müavini Sören Espersen deyib.

“15 iyul olaylarından sonra türklər arasında necə iğtişaşların baş verdiyini açıq-aydın gördük. Türkiyə rəsmilərinə Danimarkada seçki təşviqatı aparmalarına icazə versək, buradakı türk vətəndaşlarımız arasında da ciddi narahatlıq yaranacaq. Yıldırım rəsmi səfərə gəlirsə, başımız üstündə yeri var. Özü ilə mən də həmsöhbət olmaqdan qürur duyaram. Lakin seçki üçün buraya gəlməməlidir”, - Espersen bildirib.
dle 10.5