DataLife Engine > Manşet / Gündəm / Siyasət > İsrail BMT-yə məhəl qoymadı - Tramp faktoru

İsrail BMT-yə məhəl qoymadı - Tramp faktoru


24-01-2017, 20:44. : Admin İsrail BMT-yə məhəl qoymadı - Tramp faktoru
İsrail Müdafiə naziri Aviqdor Liberman İordan çayının qərb sahilində 2500 evlik yeni yaşayış sahəsinin salınması ilə bağlı qərarı təsdiqləyib.

Evlərin əksəriyyətinin keçmiş yaşayış massivlərində yerləşəcəyi bildirilib.

Bundan əlavə, 100 evin Beit Əl adlı ərazidə inşa ediləcəyi vurğulanıb.

Qeyd edək ki, İsrail mediası Beit Əldəki evlərin tikintisi üçün ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin maliyyə ayırdığını iddia edib.
dle 10.5