DataLife Engine > Manşet / Siyasət > Rus döyüş gəmisindən provokasiya – İstanbul boğazında

Rus döyüş gəmisindən provokasiya – İstanbul boğazında


7-05-2017, 19:48. : Admin Rus döyüş gəmisindən provokasiya – İstanbul boğazında
Rusiya donanmasına aid 156 nömrəli “Yamal” döyüş gəmisinin İstanbul boğazından keçən zaman göyərtənin ön hissəsində iki silahlı hərbçinin dayanması diqqət çəkib.

Gəmi yerli vaxtla 8:30-da Mərmərə dənizindən İstanbul boğazına daxil olub.

Sahil Təhlükəsizlik Xidmətinin tabeliyindəki katerlərin bələdçiliyi ilə “Yamal” gəmisi 1 saatdan sonra Qara dənizə üzüb.
dle 10.5