DataLife Engine > Manşet / Gündəm / Siyasət > Şoyqu Qafqazdakı rus ordusu haqda əmr verdi

Şoyqu Qafqazdakı rus ordusu haqda əmr verdi


25-01-2017, 18:40. : Admin Şoyqu Qafqazdakı rus ordusu haqda əmr verdi
Rusiya Müdafiə naziri Sergey Şoyqu Ukraynadakı konflikt və Şimali Qafqazdakı terrorçuların fəaliyyəti ilə əlaqədar Cənub Hərbi Dairəsinin qoşunlarının gücləndirilməsi haqqında əmr verib.

Bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Nazir Cənub Hərbi Dairəsinin yeni silahlarla təchiz edilməsini də əmrində vurğulayıb.

Qeyd edək ki, Cənub Hərbi Dairəsi 2010-cu ildə formalaşdırılıb. Bu dairənin məqsədi Rusiyanın cənub-qərb sərhədlərini, xüsusilə, Şimali Qafqazı müdafiə etməkdir. Cənub Hərbi Dairəsinin tərkibinə Şimali Qafqazdakı bütün növ qoşun birlikləri ilə yanaşı, Xəzər, Qara dəniz donanmaları, Ermənistan, qondarma Cənubi Osetiya və Abxaziyadakı Rusiya hərbi bazaları daxildir. Cənub Hərbi Dairəsi NATO-nun şərqə doğru genişlənməsi ilə əlaqədar 2013-2016-cı illərdə yeni texnikalarla təchiz edilməyə başlanılıb. Bununla əlaqədar Şimali Qafqaz və Ermənistanda İsgəndər-M raketləri yerləşdirilib.
dle 10.5