DataLife Engine > Manşet / Gündəm > Moskva məhkəməsindən Bakı əleyhinə - Qərar

Moskva məhkəməsindən Bakı əleyhinə - Qərar


15-05-2017, 21:20. : Admin Moskva məhkəməsindən Bakı əleyhinə - Qərar
Bu gün yerli vaxtla saat 14:00-da Moskvada Rusiya Ali Məhkəməsinin Plenumunda Ədliyyə Nazirliyinin iddiası əsasında Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi ilə bağlı məsələyə baxılıb.

Ümumrusiya Azərbaycanlıları Konqresindən Axar.az-a bildirildi ki, hələlik Plenumun qərarı ilə bağlı onlara məlumat verilməyib.

Rusiya Ali Məhkəməsinin mətbuat xidmətindən də AKPİ17-209 nömrəli iş üzrə sözügedən məhkəmə prosesinin keçirildiyi, məhkəmə qərarı barədə rəsmi məlumatın isə 16 mayda veriləcəyi qeyd edilib.

Xatırladaq ki, bu məhkəmə prosesi Azərbaycanda ciddi narahatlıqla izlənilir.

19:44

Rusiya Ali Məhkəməsinin Plenumu Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv etdi.
dle 10.5