DataLife Engine > Manşet / Gündəm > Cərrahlar, sürücülər... işsiz qala bilər

Cərrahlar, sürücülər... işsiz qala bilər


2-06-2017, 08:48. : Admin Cərrahlar, sürücülər... işsiz qala bilər
Bir qrup britaniyalı və amerikalı alim süni intellektin insan bacarıqlarını nə zaman üstələyəcəyi barədə təhlil aparıb.

Trend-in məlumatına görə, aparılan tədqiqatlar nəticəsində məlum olub ki, süni intellekt 2024-cü ildə tərcümə sahəsində artıq insanı əvəz edə biləcək.

2027-ci ilədək yük maşınlarının sürücüləri, 2031-ci ilədək mağaza satıcıları süni intellektlə əvəz olunacaq.

Bundan başqa, yazıçılara 2049-cu ildə, cərrahlara 2053-cü ildə ehtiyac qalmayacaq.

Mütəxəssislərin proqnozlarına görə, 120 ildən sonra bütün sahələrdə kompüterlər insanı əvəz edəcək.
dle 10.5