DataLife Engine > Manşet / Gündəm / Siyasət / Sağlamlıq > Həkim səhfi yoxsa əcəl? VİDEO

Həkim səhfi yoxsa əcəl? VİDEO


19-06-2017, 18:17. : Admin Həkim səhfi yoxsa əcəl? VİDEO
Dünyanın inkişaf etmiş hər bir ölkəsində dövlət üçün vacib olan sahələrdən biridə səhiyyədir. Çünki, hər bir dövlət çalışir ki, xalqını sağlam və savadlı yetişdirsin. Buna görədə hər bir dövlət səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində əhəmiyyətli naaliyyətlər əldə etmək üçün səhiyyə sahəsində elmi düşünərək mükəmməl muasir tibbi avadanlıqlar və cihazlar yaradırlar. Əsasəndə Tibb sahəsi üzrə Avropanın bəzi ölkələrində bu sahə üzrə yüksək elmi inkişaf və avadanlıqlar icad edilir. Zamanəmizin indiki dövrundə demək olar ki, bu cür muasir tibbi avadanlıqları və cihazları xarici ölkələrdən çox rahat bir şəkildə almaq mümkündür. Əgər hansısa bir dövlət istəyirsə öz səhiyyəsi yüksək səviyyədə olsun bunun ücün ilk növbədə səhiyyənin hüquqi-normativ bazasının təkmilləşdirilməsi və dünya standartları səviyyəsinə qaldırılması daim diqqət mərkəzində saxlamalıdır. Digər tərəfdən ölkənin səhiyyə sistemində yoluxucu xəstəliklərin qarşısının alınması üçün ardıcıl və məqsədyönlü olaraq işlər görülməlidir. Bəs görəsən tibb sahəsində Azərbaycanda vəziyyət necədir?. Düzdür nəzər salsaq indi Azərbaycanın bəzi bölgələrində yeni xəstəxanalar tikilir və bəzi avadanliqlarla təmin edilib istifadəyə verilir. Lakin buna baxmayaraq tək avadanlıqların olması yox mühüm olan o avadanlıqları lazımı səviyyədə işlətmək üçün savadlı tibb işçilərinin olması vacibdir. Buna nəzər həqiqətəndə Azərbaycanın tibb sahəsinə baxanda vəziyyətin ürək açan olmadiğini görmək mümkündür. Çünki, dəfələrlə bəzi xəbərlərin şahidi oluruq ki, xəstəxanaya gətirilən xəstələrin həkim səhfi ucbatından öldüyü deyilir. Düzdür savadlı həkimlərimizdə var amma savadsız həkimlərdə çoxdur və onların bu cür məsuliyyətli insan həyatının olduğu bir işdə işləməsinə niyə icazə verirlər bunuda artıq dövlət qurumlarından soruşmaq lazımdır. Dərmanların keyfiyyətinin olmaması həkimlərin yersiz reseptlər yazmasınında arxasında həkimlərin dərman firmalarından güddükləri faizlərdir və bu cür halların qarşının alınması üçün də heç bir tədbir görülmür. Demək olar ki, əksinə bu cür hallar artıq intensiv hal almağa başlayıb. Hətda bəzən elə olur ki, xəstəxanaya gələn xəstənin ilk tibbi yardımını sahibləri gəlməmiş göstərilmir və deyirlər ki, sahibi gəlsin sonra. Məlum məsələdir ki, bununda arxasında həkimin xəstənin sahibindən umduğu puldur. Baxmayaraq ki, qanunla səhiyyəyə ayrilan pullar məhs xəstəxanaya gətirilən xəstələrin ilk tibbi yardim üçün mualicəsinə və yardımına ayrılır. Elə hallarda olur ki, xəstə özü yeriyə-yeriyə əməliyyat üçün xəstəxanaya gedir və ordan əməliyyat otağindan acı xəbərlə öldüyü deyilib ölü halda evinə gətirilir. Doğum evinə nəzər salsaq ortada vəziyyətin bəzən ürək açan bəzən isə acı kədərli olduğunu görəcəyik. Neçə analar uşaq arzusu ilə ana olmaq üçün doğum evinə körpəsini dünyaya getirmək üçün gedib lakin ordan bədbəxt hadisə ilə üzləşərək ya uşağının öldüyünü yada ananın özünün öldüyünü bildirirlər. Bir sözle istər bunun adını həkim səhlənkarlıgı və yaxud cavabdeh gurumlar deyək fərq etməz ortada çox böyük bir ciddi problem var və bu qısa bir zamanda həll olunmalıdır. Çünki, bu kimi hallarda ölənlərin hər biri insandir. Əgər biz Azərbaycanımızın gələcəyinin savadlı, saglam ve parlaq olmasını istəyiriksə ilk növbədə bu cür vacib məsələləri həll etmək lazımdır.

Elçin Cəfərov.
[media=[media=https://www.youtube.com/watch?v=M85cZllPhB4]] dle 10.5