DataLife Engine > Manşet / Gündəm > Hindlilər Azərbaycan rəqsinə heyran qaldılar - Video

Hindlilər Azərbaycan rəqsinə heyran qaldılar - Video


27-01-2017, 12:17. : Admin Hindlilər Azərbaycan rəqsinə heyran qaldılar - Video
Azərbaycan rəqqasları Hindistanın Heydərabad şəhərində keçirilən Birinci Beynəlxalq Rəqs Festivalında iştirak edib.

Musavat.com xəbər verir ki, Azərbaycanlı rəqqaslar “Uzundərə” rəqsini uğurlu ifa ediblər.

Tədbiri aparan məşhur Bollivud ulduzları lirik Azərbaycan rəqsi olan “Uzundərə” rəqsi, onun tarixi, Qarabağda Uzundərə adlanan ərazidə yaranması ilə bağlı məlumat verib.

Rəqqaslarımızın ifası həm şəhərin ən böyük zalına toplanmış izləyiciləri, həm də ekranlardan izləyən milyonlarla tamaşaçıları heyran edib. Təşkilatçılar rəqs qrupumuzu yüksək qiymətləndirib, rəqqaslarımızı xüsusi diplomla təltif ediblər. Eyni zamanda, festivalın aparıcıları ölkəmiz haqqında məlumat verib, Azərbaycanın video təqdimatı izləyicilərə təqdim olunub.

Sonda tədbirin fəxri ev sahibi Şəhərlərin İnkişafı, Evtikmə və Şəhər Yoxsulluğu ilə Mübarizə, eləcə də İnformasiya üzrə Hindistanın İttifaq naziri Venkaiah Naidu Avropa Yayımlar Birliyinin (EBU) Hüquq və Siyasət Komitəsinin ilk və yeganə azərbaycanlı üzvü Turab Rzayevi və rəqs qrupunu qəbul edib, səmimi söhbətdə öz arzularını və Azərbaycan mədəniyyətinə olan heyranlığını dilə gətirib.

dle 10.5