DataLife Engine > Manşet / Siyasət > "Britaniya hökuməti bununla bağlı aydın yol göstərməlidir"

"Britaniya hökuməti bununla bağlı aydın yol göstərməlidir"


9-08-2017, 08:45. : Admin "Britaniya hökuməti bununla bağlı aydın yol göstərməlidir"
Birləşmiş Krallıq hökuməti “Brexit”dən sonrakı hüquq sistemi ilə bağlı aydın yol göstərməlidir.

Bu fikirləri Britaniyanın baş hakimi Lord Neuberqer deyib. Onun sözlərinə görə, Britaniya parlamenti “Brexit” sonrası hüquq sistemi haqqında aydın mülahizə və göstərişlər verməsə, hakimlər əllərindən gələni etməyə çalışacaqlar. Belə vəziyyətdə də qanunda bir sıra boşluqlar yaranması mümkündür ki, o zaman da hakimlər günahlandırılmamalıdır.

Hazırda Birləşmiş Krallıq hüquq sistemində Avropa Ədalət Məhkəməsinin (AƏM) qanunları tətbiq olunur. Ölkənin baş naziri Tereza Mey isə “Brexit”dən sonra AƏM-in Britaniya hüquq sisteminə heç bir təsirinin olmayacağını açıqlayıb.
dle 10.5