» » Uşağınızda bu əlamətlər varsa...

Uşağınızda bu əlamətlər varsa...

10-02-2017, 18:23
Yerləşdirdi: Admin
Çıxartmaq
Uşağınızda bu əlamətlər varsa...
Bir çox hallarda valideynlər uşaqlardakı ürək xəstəliyindən xəbərsiz olur və xəstəliyin əlamətlərini anlamayıb adi hal kimi qəbul edirlər. Bu isə son nəticədə daha ağır fəsadlara gətirib çıxarır və müalicəni daha da çətinləşdirir.

Məsələyə münasibət bildirən invaziv uşaq kardioloqu Elnur İmanov Trend-ə deyib ki, valideynlər bir çox hallarda bu xəstəliyin əlamətini gec anlayırlar. Onun sözlərinə görə, ürək narahatlığı olan körpələr qidanı çətin qəbul edirlər:

“Anadan və ya əmzikdən qida qəbul edən zaman tərləyir, tez-tez nəfəs alma ehtiyacı duyur və ağlayarkən göyərmə ola bilir. Təkrarlanan ağciyər infeksiyası da ürək xəstəliyinin əlamətləri arasındadır”.

E.İmanovun sözlərinə görə, ümumiyyətlə, dünya statistikasına görə, uşaqların 8/1000-i anadangəlmə ürək qüsuru ilə doğulur. E.İmanov Azərbaycanda da bu cür uşaqların sayında artım olduğunu hesab edir:

"Əgər əvvəllər Azərbaycanda yüngül anadangəlmə ürək qüsuru xəstəlikləri qarşıya çıxırdısa, indi təəssüflər olsun ki, daha ağır anadangəlmə ürək qüsuru xəstəliklərinə rast gəlinir".

Uşaq kardioloqunun sözlərinə görə, uşaqların anadangəlmə ürək qüsurlu olmasının bir sıra səbəbləri var:

"Qohumlar arasında evlilik, genetik faktorlar, erkən evlilik, hamiləlik dövründə istifadə edilən bəzi dərmanlar, spirt, narkotik, rentgen şüasına məruz qalma və s. amillər körpədə ürək qüsuru meydana gəlmə riskini artıra bilər”.

E.İmanov deyib ki, uşaqlarda ürək qüsurunun əmələ gəlməməsi üçün hamiləlik dövründə diqqətli olmaq vacibdir:

"Hamiləlik dövründə qadın ağır infeksion xəstəliklər keçirməməlidir və əgər keçiribsə, ciddi müalicə olunmalıdır. Eyni zamanda qidalanmaya diqqət yetirilməlidir. Hamiləliyin 15-ci həftəsində ana bətnində uşağın ürəyi yoxlanmalı, hansısa qüsur aşkar edilərsə, lazımi müalicə aparılmalıdır. Bunlara əməl olunsa, uşaqlarda ürək qüsurunun yaranmasının qarşısı alınar".

Həkim qeyd edib ki, ürək qüsuru ilə doğulmayan uşaqlarda isə qazanılmış ürək qüsurunun qarşısını almaq üçün diqqətli olmaq vacibdir: "Birinci növbədə uşaqları infeksion xəstəliklərdən qorumaq lazımdır. Uşaq anadan olandan sonra oval pəncə açıq olur və sonradan bağlanır. Mütləq şəkildə oval pəncənin qapanıb-qapanmaması yoxlanmalıdır. Əgər qapanmayıbsa, müalicə aparılmalıdır, çünki bu, sonradan daha ciddi problemlərə yol aça bilər".
dle 10.5
Xəbər
Diplomatik mənbə: Ərdoğanla Putin razılaşdı, 5 rayon qayıdır...Güclü zəlzələ Bakının bu ərazisini dağıda bilərDGK büdcə öhdəliyini vaxtından əvvəl yerinə yetirdiƏrdoğan yenə Putinlə görüşə gedirRusiyanın Qarabağ təklifi: hansı paket müzakirə edilir?Rusiya qaçaq baş nazirlə danışıqlara başladıİrəvanı AŞPA-da nasist təmsil edirmiş: “Zənci reyslər...”Növbəti zəlzələ: dünya titrəməkdə davam edir - 5.9 balAğdamda güclü zəlzələ: 130-dan artıq ev...Azərbaycanda növbəti zəlzələBin Salman məşhur misirlini özünə müavin təyin etdiKremlin İrəvan planı: Sərkisyana təsir vasitələri...Dollar ucuzlaşacaqBu ölkə DÇ-yə vəsiqə qazanmadığı üçün 1 milyard itirdi"Qarabağ"ın rəqibinin oyunçusu “Barselona” ilə razılaşdıÖlkədə uşaqlar arasında yeni virus yayılıb – XəbərdarlıqUzun ömürlülüyün sirri bu iki yağdadır...Rusiyada sərnişin təyyarəsi qəzaya düşdü – Ölənlər varŞimali Qafqaz Rusiyadan ayrıla bilər - Bu şərtlərləLavrov Bakıya hansı təkliflərlə gəlir? – ŞərhQida Təhlükəsizliyi Agentliyinin önəmi - EkspertErmənistan ordusu öz hərbi hissələrini bombaladı - VideoOrdu çevriliş üçün yola çıxdı: tanklar paytaxta doğuDünya belə məhv olur – Fizikdən şok faktlarBill Qeyts özünün "ağıllı" şəhərini inşa edəcəkİsrail bu ölkəni susuz qoymaqla hədələdiPentaqon qəribə açıqlamalar verir - QatilovAzərbaycanda bu sahədə maaşlar daha yüksəkdirhttps://www.youtube.com/watch?v=02jr3LEe8ssJirinovskidən şok: Rusiyada yeni türk dövləti yaranacaq - VideoSoçidə mətbuat konfransı: Putin bizə müjdə verdi - VideoƏrdoğan Rusiyaya "ordunu geri çək" deməklə... - ÇavuşoğluƏrdoğan açıqladı: Putinlə Qarabağı…İran Bakıya razılıq verdi, Ankaraya yoxPutin Ərdoğandan sonra separatçı liderlə görüşəcəkNazir şöbə rəisini işdən çıxardıMühüm dəyişiklik gəlir: nazirliklərin ləğvi və ya...İranda dəhşətli zəlzələ silahla törədilib? - EkoloqSərkisyan AŞ-də hərbi cinayətkar olduğunu dedi, amma...Bakıda polisə tabe olmayan sərxoş sürücü... - VideoAlimlərdən unikal tapıntı: Şərabın vətəni BorçalıdırBakı Tehrana yardım təklif etdi: Qurbanların sayı artırDəhşətli zəlzələnin başladığı an - VideoTelman İsmayılovun qardaşı da həbs edildiİsrail avropalı deputatları ölkəyə buraxmırKüveyt: Ərdoğanın mövcud şərtlərlə səfəri...Ukrayna Türkiyəyə sığınır: 2 milyonluq müqavilə...Dəmiryolu ilə yükdaşımaların həcmi niyə azdır?Ələkbərovdan neft proqnozu: 70 dollara...Sətəlcəm xəstəliyi niyə geniş yayılıb? – Təhlükə