» » Kremlin Aprel savaşında İrəvana məxfi tapşırığı - Şok

Kremlin Aprel savaşında İrəvana məxfi tapşırığı - Şok

13-02-2017, 17:37
Yerləşdirdi: Admin
Çıxartmaq
Kremlin Aprel savaşında İrəvana məxfi tapşırığı - Şok
Rusiya Ermənistanda keçiriləcək parlament seçkisinə aktiv müdaxilə edir.

Bunu “Krım.Realiyi” portalına müsahibəsində erməni politoloq Tiqran Xzmalyan söyləyib. O, Rusiyanın Ermənistanı yekun olaraq öz nəzarəti altına almaq istədiyini bildirib:

“Birincisi onu qeyd etmək lazımdır ki, Rusiya Ermənistanı prezident respublikasından parlament respublikasına çevirmək üçün çox iş görüb. Bununla da nəzarət edilə bilməyən lider, yəni “Lukaşenko sindromu”nun qarşısı alınıb. Serj Sərkisyan artıq Kremlə sərf etmir. Rusiya daha çox amorf siyasi situasiya yaratmaq istəyir. Belə olan halda isə mövcud olan institutlardan heç biri onun təsirinə qarşı müqavimət göstərə bilməyəcək. Moskvaya idarəetmə sisteminin dəyişdirilməsinin nəyə görə vacib olması ötən yaz, daha doğrusu, Dördgünlük müharibə zamanı aydınlaşdı. Azərbaycan qoşunları iki istiqamətdə güclü hücuma keçdi. Bunlardan biri İranla sərhəd ərazilər, digəri isə Bakı-Tiflis-Ceyhan neft kəmərinə yaxın olan ərazilər idi. Bu kəmər vasitəsilə həm Azərbaycan, həm də qazax nefti Türkiyəyə, oradan da Avropaya getməlidir. Bu nöqtələrə nəzarət Kreml üçün həddən artıq vacib idi. Bununla belə, Serj Sərkisyan müharibə zamanı Putinin istədiyini etmədi, yəni kömək üçün rus əsgərlərinə müraciət ünvanlanmadı. Bu isə Putinin Sərkisyanı tam olaraq dəyişdirməsi üçün səbəb oldu. Ona görə ki, qeyri-populyar olan bu insan nə qədər paradoksal olsa da, ölkənin müstəmləkəyə çevrilməsi üçün Rusiyanın qarşısında son maneə idi”.

Xzmalyan Moskvanın erməni parlamentini idarə etmək üçün kifayət qədər rıçağının olduğunu bildirib:

“Bundan sonra ölkənin faktiki lideri baş nazir olacaq. Hazırkı Baş nazir Karen Karapetyan “Qazprom”un Direktorlar Şurasının üzvü olub. O, rusiyayönlü olan yeganə namizəd deyil və baş nazirin bütün seçkiqabağı fəaliyyəti Moskvaya doğru yönəlib. Belə bir mühit yaradılır ki, parlament seçkisinin vaxtını Moskva müəyyən edəcək. Kreml hazırda seçkidə gözlənilməzlikdən qorxur. Belə ki, siyasət iqtisadiyyatdan kənar mövcud ola bilməz. Ermənistan iqtisadiyyatının əsas sənaye sahələri hansısa yalan borclar hesabına rus şirkətlərinə verilib. Buraya energetika, dəmiryolları, aviasiya, telekommunikasiya kimi böyük sahələr aiddir. Görünür, Ermənistan artıq müstəmləkədir. Belə ki, bu dövlət şirkətlərinin hamısı Rusiya xüsusi xidmət orqanları tərəfindən idarə olunur və onların ölkədə aktivliyi son günlər daha da artıb. Rusiya xüsusi xidmət orqanları Ermənistanın bütün güc qurumlarında təsirlərini gücləndirirlər. Aprel seçkisi Ermənistanı tam olaraq Rusiyanın quberniyası edəcək”.
dle 10.5
Xəbər
Ruhani Ankarada: Kritik zirvə başladıTramp nöqtə qoydu: Şərtsiz görüş olmayacaq!İran Britaniya tankerini buraxacağını açıqladıPutini gizli “Siyasi Büro” idarə edir? - ÇemezovRusiyanın Belarusu “anneksiya” edəcəyi tarix açıqlandıDollar bu gün neçəyədir?Turşu məhsullarını hansı halda yemək olmaz? - VideoÖzbəkistanın bu qərarı... - Bakı alqışladıMənsimovun “vurulan” gəmisi delfinlərlə yarışır - Videoİslam aləmi bu ölkəyə qarşı birləşdi - Bəyanatİndoneziyalılar “Torqovı”da belə rəqs etdi – VideoRusiya açıqladı: neft erasının sonu başladı - AnalizÇavuşoğludan nazirə: Yaxşı uşaqsan, həddini aşma!Bərzani soyqırımla bağlı qanunu təsdiqlədiOrdumuz 10 minlik heyətlə savaş təliminə başladı - Video“Təqsirkar hədəfdədir, silahlarımız hazırdır” - ABŞ PrezidentiTürk nazirin idarə etdiyi təyyarədə 8 nasist bayrağı – Şok səbəbƏrdoğan Trampla "Patriot" məsələsində anlaşır? - İsrail nəşrindən şok iddiaİrana hücum üçün bu ölkədən cavab gözləyirlər - Trampdan DƏHŞƏTLİ MÜHARİBƏ ANONSUBakıda yol polisləri dəhşətli qəzaya düşdü – VideoRusiya S-500-lərin istehsal ediləcəyi tarixi açıqladıRusiyanın Belarusu “anneksiya” edəcəyi tarix açıqlandıTramp söz verdi: Cavab zərbəsi...Toy zalında partlayış: yaralılar varİsrailə 3 raket atıldıABŞ-a məxsus PUA Rusiya sərhədindəFHN batmaqda olan 3 nəfəri xilas etdiRusiyada ağır qəza: Avtobus divara çırpıldıUkraynada dəhşətli yanğın: 9 nəfər öldüAsfaltı mavi rəngə boyadılar - Maraqlı təcrübəHusilər neft mədənlərini vurdu - BƏƏ-yə xəbərdarlıqOktyabrın 1-dən onların pensiyası artacaq - Ekspert"Qəbələ" öz meydanında "Sumqayıt"a məğlub olduDolların bugünkü məzənnəsiOnkoloji xəstəliklərlə “vuruşan” ərzaqların - SiyahısıYanmış dəriyə bunu çəkmək olmazmış – İlkin yardım üsullarıMəğlubiyyətdə özümü günahlandırıram - BordinDavada oğul səhvən atasına atəş açdı - TəfərrüatQol buraxmayan komandanı yendik - AbuksisMarkov: Dağlıq Qarabağ Azərbaycanındır - VideoVilayət Eyvazov rəisi işdən çıxardıİsrail Trampı eşitdi: müsəlman qadınlarla bağlı - QərarEtirazlar Kremli dalana dirəyib: Putin seçim qarşısında - VideoAxşam yeməyi zamanı buna diqqət edinTapılan bomba Putinin işinə təsir etməyib - PeskovBakı Metropoliteninin səlahiyyətləri artırıldıPaşinyan əlindən gələni edir ki, Putin... - BədəlyanHəbsxanada yanğın: 3 nəfər öldüİran-Azərbaycan əlaqələri qardaşlığa əsaslanır - VaeziNəzarət xəttində atışma: azı 8 hərbçi öldü